Fev
2019
20:08
64
325
10191
Virtual karabakh

Rusiyanın məşhur reperi vəfat etdi – YENİLƏNİB/VİDEO

3 Fev, 2019
20:08
10191

Rusiyanın məşhur reperi vəfat etdi – YENİLƏNİB/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı reper Detslın (Kirill Tolmatskiy) öldüyü yerin videosu yayılıb.

Oxu.Az xəbər  verir ki, videonu “Sledak şepnul” telegram-kanal yayıb.

Qeyd edək ki, reper İjevskdə çıxış etdiyi klubda vəfat edib.

Konsert bitdikdən sonra Detsl özünü pis hiss edib. 35 yaşlı reperin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

09.47

Detsl ləqəbi ilə tanınan Rusiyanın məşhur reperi Kiril Tomatskiy 35 yaşında dünyasını dəyişib. 

Oxu.Az xəbər verir ki, bu haqda onun atası prodüser Aleksadr Tomatskiy Vkontakte rəsmi hesabında məlumat paylaşıb.

"Kiril daha bizlə deyil" - Aleksandr yazıb. Musiqiçinin nədən vəfat etməsi hələdə rəsmi olaraq açıqlanmayıb. Detslın konsertlərinin rəhbəri Pavel Belenetsin söylədiyinə görə, sənətçinin ürəyi Rusiyanın İjevsk şəhərində verdiyi konsertdən sonra dayanıb.

Qeyd edək ki, Kiril Tomatskiy eks "Bad B Alyans" qrupunun üzvü olub. Yaradıcılığı zamanı o 8 disk və albom buraxıb. Detslın sevilən mahnıları arasında «Вечеринка», «Слезы», «Письмо» и «Для тебя» adlı məşhur hitləri var. Sənətçi Moskva-Britaniya beynəlxalq məktəbini bitirib. Təhsilini isə İsveçrədə alıb. «Пятница» adlanan ilk debut repini isə Detsl atası Aleksandr Yakovleviçin köməyi və dəstəyi ilə ərsəyə gətirib. Atası musiqiçinin gələcək karyerasına yardımçı olan ilk insanlardan olub.

 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri