6 
Fev
2019
13:53
10
18
2357
yuxarı
Dünya şöhrətli aktrisa nişanlandı - FOTO
6 Fev, 2019
13:53
2357
10
18
Dünya şöhrətli aktrisa nişanlandı - FOTO
Hollivudun ən parlaq aktrisası, “Oskar” mükafatçısı Cennifer Lourens sevgilisi ilə münasibətlərini rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, 28 yaşlı Lourens “Gladstone” incəsənət qalereyasının sahibi 33 yaşlı Kuk Maroni ilə nişanlanıb.
Məşhur aktrisa qatıldığı televiziya verlişində nişan barədə yayılan xəbərlərin doğru olduğunu və yaxın zamanda toyun baş tutacağını söyləyib.
Qeyd edək ki, Cennifer ötən ilin əvvəlində rejissor sevgilisi Darren Aronofskidən “Ana” filmindən sonra ayrılmaq qərarına gəlib. Bir neçə aydan sonra gözəl aktrisa Kukla tanış olub.
Rəşad Əliyev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək