Fev
2019
15:36
27
194
6998
Virtual karabakh

Emin həyatına sui-qəsddən danışdı - VİDEO

6 Fev, 2019
15:36
6998

Emin həyatına sui-qəsddən danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti, bəstəkar, müğənni Emin Ağalarov “RU TV” kanalında yayımlanan “Sever. Nepridumannıye istorii” (“Şimal. İnanılmaz hekayələr”) verilişində etdiyi səmimi etirafları hər kəsi təəcübləndirib.

Emin açıqlamasında yeniyetmə ikən Rusiyanı tərk etməli olduğunu qeyd edib.

Buna səbəb onun atası - “Crocus Group” kompaniyasının prezidenti və sahibi Araz Ağalarovun nailiyyətləri olub. 

“O vaxt 12 yaşım var idi. Həyatıma qəsd etmək istəyirdilər - lifti partlatdılar, içindəki bütün şüşələr sındı, amma mən onun içindən çıxmağa və sağ qalmağa müvəffəq oldum. Atam məni İsveçrəyə göndərməli oldu. Sonra isə iki yaşlı bacımı və anamı ABŞ-a göndərdi. Mən sonra Rusiyaya qayıtdım. Bacım bu günədək ABŞ-da yaşayır və qayıtmaq istəmir”, - deyə müğənni qeyd edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri