Fev
2019
19:43
36
158
2863
Virtual karabakh

“Eurovision” iştirakçımızın adı martda açıqlanacaq

7 Fev, 2019
19:43
2863

“Eurovision” iştirakçımızın adı martda açıqlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə Azərbaycanı “Eurovision-2019” mahnı yarışmasında təmsil edəcək iştirakçının kimliyi saysız-hesabsız müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, müsabiqə ətrafında gəzib-dolaşan bütün söz-söhbətlərə aydınlıq gətirmək üçün Azərbaycanın “Eurovision-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova mətbuata geniş müsahibə verib.

O, Təl-Əvivdə ölkəmizi təmsil edəcək ifaçının və mahnının seçilməsi, eləcə də müsabiqəylə bağlı sualları cavablandırıb.

- “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi ilə bağlı keçirilən daxili kastinqdə vəziyyət necədir?

- İctimai Televiziya “Eurovision 2019” yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün qapalı kastinq keçirib. Hansı ki, o kastinqə 40-dan çox musiqiçi dəvət edilib və onların arasından dördü finala vəsiqə qazanıb. Həmin dörd finalçı Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndidir.

- Təmsilçi ilə bağlı məsələ aydın oldu. Bəs, Azərbaycanı bu yarışmada təmsil edəcək müğənninin ifa edəcəyi mahnı ilə bağlı elan edilmiş müsabiqə necə gedir?

- Bu ilin yanvarın 24-də müsabiqədə ölkəmizi təmsil edəcək mahnının və sözlərin seçimi üçün yerli, eləcə də xarici müəlliflər arasında müsabiqə elan edilib. Bununla əlaqədar 350-dan çox müraciət almışıq. Çox sevindirici haldır ki, ölkəmizi 2019-cu ildə “Eurovision” yarışmasında təmsil etmək üçün Azərbaycan müəllifləri ilə yanaşı Avropa, Amerika, Avstraliya, hətta Braziliyadan olan müəlliflər öz mahnılarını göndəriblər. Müəlliflər fevralın 7-də, yəni bu günün sonuna qədər [email protected] email ünvanına öz mahnılarını göndərə bilərlər.

- Ən yaxşı mahnı və təmsilçi necə seçiləcək?

- Bu seçim İctimai Televiziya və milli münsiflər heyəti tərəfindən aparılır. Hazırda biz seçimin bitməsini gözləyirik ki, seçilən ən yaxşı demo-versiyanı dörd finalçının ifasında yazaq. Məhz bu mərhələdən sonra ən yaxşı mahnı və ifaçı seçilərək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı qazanacaq.

- Bəs daxili seçim nə vaxt bitəcək və təmsilçinin kimliyi nə zaman açıqlanacaq?

- Təmsilçinin kimliyi mart ayından tez olmayaraq milli münsiflər heyətinin qərarından sonra məhz İctimai Televiziyada açıqlanacaq. Ümumiyyətlə “Eurovision”la bağlı bütün son xəbərlər, eləcə də təmsilçinin adı ilk olaraq İctimai Televiziyada səslənəcək.

- “Eurovision 2019”dakı səhnə tərtibatı haqqında hər hansı detalları deyə bilərsinizmi?

- Hazırda bu barədə danışmaq çox tezdir, çünki nə təmsilçi, nə mahnı ilə bağlı son qərar verilməyib. Onu deyə bilərəm ki, bizim niyyətimiz “Eurovision 2019” səhnəsində müasir və tam yeni bir perfomans göstərməkdir. Əsas məqsədimiz çıxışın yaddaqalan olması, izləyicilər tərəfindən sevilməsi və bununla da öz səsini Azərbaycana verməsidir!

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri