Fev
2019
11:35
45
316
20768
Virtual karabakh

Efirdə yıxılanlar, sinəsi açılanlar, səsi batanlar - VİDEO

9 Fev, 2019
11:35
20768

Efirdə yıxılanlar, sinəsi açılanlar, səsi batanlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şou dünyasının ulduzları canlı efirdə söylədiyi ifadələr, oxuduqları mahnılar, şıdırğı rəqslər və göstərdikləri şoularla sosial mediada tez-tez müzakirələrə səbəb olurlar.

Məşhurlardan kimsə efirdə yıxılsa və ya çıxışı zamanı gözlənilməz hadisə ilə üzləşsə, o zaman bu hal uzun müddət gündəmi məşğul edir.

Oxu.Az canlı efirdə gözlənilməz hadisələrlə üzləşən məşhurları təqdim edir:

Ölkənin əsas ulduzu, Xalq artisti Aygün Kazımova illər öncə ATV-də yayımlanan, aparıcılıq etdiyi “Xeyir ola?” verilişində xoşagəlməz hadisə ilə üzləşib. Diva mahnı ifa edərkən ayağı sürüşüb və yıxılıb. Bu anlar canlı efirə gedib.

Bu, Kazımovanın başına gələn tək hadisə deyil. Belə ki, Xalq artisti bir neçə il öncə “Xəzər” TV-nin səhər şousunda yeni mahnısını ifa etmək istəyərkən ayağı sürüşərək yıxılıb.

Onun yıxılmasına səbəb studiyada yerə səpilən güllər olub. Kazımova ayağa qalxıb və öz ifasını davam etdirib.

Eyni vəziyyətlə şou-biznesin “əjdaha”sı, müğənni Nadir Qafarzadə də üzləşib.

ARB TV-nin “Səhər-səhər” verilişində müğənni Nadir Qafarzadə rəqs etdiyi anda ayağı sürüşüb və yıxılıb. Özünü itirməyən müğənni cəld ayağa qalxaraq rəqsinə davam edib.

Əməkdar artist Almaz Ələsgərli “Space” TV-də yayımlanan “Hər səhər”in canlı efirində yıxılıb.

Digər studiyaya keçmək istəyən müğənninin ayağı büdrəyib və o, üzü üstə yerə dəyib. Lakin kadrlarda A.Ələsgərlinin yıxılması tam göstərilməyib.

ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişin aparıcılarından olan Əməkdar artist Nahidə Orucovanın halı qəflətən pisləşib.

Efirdə yaşanan gərgin anlar kameralara əks olunub. Huşunu itirərək yerə yıxılan aktrisaya veriliş heyəti kömək edib.

Məşhur müğənni, MTV kanalının rəhbəri Rəhim Rəhimli “A-dan Z-yə” verilişində çıxışı zamanı ayağı büdrəyib və yıxılıb. 

Özünü itirən R.Rəhimli ayağa qalxıb, “İkinci dəfədir səhnədə yıxılıram”, - deyərək mahnısını oxumağa davam edib.

Əməkdar artist Xumar Qədimova el şənliklərinin birində bədbəxt hadisə ilə üzləşib. Sənətçi ifasını təqdim edərkən yıxılıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə xanım ifaçının anidən yerə yıxılması və ona kömək edən şəxs əks olunub. 

O, bir neçə gün bundan əvvəl Bakıda təşkil olunan el şənliklərindən birində çıxış edib. Hətta Əməkdar artist həmin məclisdən çəkilən görüntülərini “Instagram” səhifəsində də paylaşıb. 

Müğənni Mənzurə Musayeva “Xəzər” TV-nin “Hər Şey Daxil” verilişində reklam fasiləsi zamanı xoşagəlməz vəziyyətə düşüb.

Prodüser Orxan İslamov müğənnilər Yeganə Mürsəlova Akbudak və Mənzurə Musayeva ilə selfi etmək niyyəti ilə onlarla zarafat edib. 

Zarafatı başa düşən M.Musayeva Orxana “Adə, dolamısan bizi?” deyərkən gözlənilmədən oturduğu kreslodan yerə aşıb. Həmin görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müğənnilərin canlı efirdə üzləşdiyi bədbəxt hadisələrin sayı-hesabı yoxdur. Bir neçə il öncə müğənni Səidə Sultanın “Space” TV-də aparıcılıq etdiyi verilişlərin birində çılğın rəqsi zamanı sinəsi açılaraq, çöldə qalmışdı.

Sənətçi sinəsinin açıldığının fərqinə varmasa da, bu, həm verilişdə qonaq qismində iştirak edən izləyicilərin, həm də tamaşaçıların gözündən yayınmayıb.

Hadisə kameraların obyektivinə tuş gəlib. Müğənni bu halı görən kimi tez sinəsini əli ilə örtməyə çalışıb. Bu hadisədən sonra verilişlə bərabər, Səidəni də efirdən uzaqlaşdırıblar.

Elə müğənnilər də var ki, çıxışı zamanı onların ya səsləri batıb və ya fonoqramı kəsilib.

“Lider” TV-də yayımlanan “Xoş ovqat” proqramında Əməkdar artist Cavanşir Məmmədov həmkarları ilə birlikdə canlı ifa nümayiş etdirib.

Müğənni canlı yayımda pis vəziyyətə düşüb. Onun xanım həmkarının zil ifasının ardınca ifa etmək cəhdi uğursuzluqla nəticələnib.

Kadrlar sosial şəbəkələrdə paylaşılıb və izləyicilər onu tənqid atəşinə tutublar. 

ATV-nin “Zaurla Günaydın” verilişində qonaq olan müğənni Nigar Camal çətin anlar yaşayıb.  Canlı efirdə ifaçının fonoqramı iki dəfə kəsilib.

Camal “Səndən uzaq” adlı mahnısını ifa edə bilməyib. Sənətçi baş verənləri zarafata salaraq “Kiminsə ayağı düşmədi”, - sözlərini deyib. Verilişdə qonaq olan aparıcı Afaq Gəncəli isə onun bu sözlərinə “Mənə deyir” cavabını verib. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri