11 
Fev
2019
11:11
85
170
3774
Virtual karabakh

Zamiq Bakıda konsert verdi - FOTO

11 Fev, 2019
11:11
3774

Zamiq Bakıda konsert verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sevilən müğənni Zamiq Hüseynov ötən gün ölkənin əsas səhnəsi Heydər Əliyev sarayında solo konsert proqramı ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, sənətçi konsert öncəsi kulisdə jurnalistlərlə görüşüb, onların suallarını cavablandırıb.

“Çox həyəcanlıyam. Mənim üçün Heydər Əliyev sarayı ölkəmizin ən əsas səhnəsidir. Burada həyəcan keçirməmək mükün deyil. İnanıram ki, bu gün həm mənim üçün, həm də konsertə gələn tamaşaçılar üçün yaddaqalan musiqi gecəsi olacaq. Ansambla və mənə verilən bu dəyərin qarşılığını ödəməyə çalışacağam. İzləyicilərin sevdiyi musiqiləri səsləndirəcəyəm. Təbii ki, yeni mahnılarımı da təqdim edəcəyəm”, -  Z.Hüseynov bildirib.

Bu xoş və məsuliyyətli gündə həmkarları onu tək qoymayıb. Xalq artisti Zülfiyyə Xanbabayeva böyük məmnuniyyətlə Hüseynovun konsertinə gəldiyini söyləyib.

Opera və Balet Teatrının “Karmen”i, Xalq artisti Fidan Hacıyeva Zamiqin xüsusi dəvətilə gəldiyini deyib:

“Həmkarımız bu gün çox gözəl repertuar hazırlayıb. Mən onun gözəl mahnılarını dinləmək üçün sevə-sevə konsertə gəldim”.

Zamiq Hüseynov rəqqaslarla birgə “Var elə insan” mahnısı ilə konsertə başlayıb. Hitlərini arda-arda düzən sənətçi ara-sıra zalda əyləşən həmkarlarına səslənərək, gəldikləri üçün təşəkkür etməyi unutmayıb. 

Sənətçi ilk çıxışından sonra tamaşaçıları salamlaraq səmimi etiraflar edib.

“Konservatoriyada oxuyanda hər dəfə bu sarayın yanından keçəndə afişaları görürdüm. Həsrətlə baxırdım və öz-özümə fikirləşirdim ki, görəsən, bu sarayda nə vaxtsa 2-3 mahnı oxuya biləcəyəm? Və budur... Bu gün sizin qarşınızdayam. Sizin sevginiz məni bu yerlərə gətirib” - deyərək digər ifalarını təqdim edib. 

Konsertə gələnlər sırasında Xalq artisti, bəstəkar Faiq Sücəddinov,Əməkdar artist Röya Ayxan,Teymur Əmrah, tanınmış müğənni Sevda Yahyayeva, Elşad Xose, məşhur aparıcılar Nərgiz Cəlilova, Nəsib Nur, Nurlana Cəfərovavə digər sənətçilər də olub. 

Rəşad Əliyev
FOTO: 
Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri