11 
Fev
2019
11:52
308
33
4355
Virtual karabakh

Azərin türkiyəli həmkarı ilə Xocalıya mahnı həsr etdi - VİDEO

11 Fev, 2019
11:52
4355

Azərin türkiyəli həmkarı ilə Xocalıya mahnı həsr etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti Azərin bir çox həmkarlarına örnək olacaq addım atıb.

Oxu.Az xəbər verir ki, Azərin (Anaxanım Tağıyeva) Türkiyənin sevilən sənətçisi Başkal ilə Xocalı soyqırımının ildönümünə həsr olunan “Ah Karabağ” adlı duet ərsəyə gətirib.

Sözügedən əsər “Youtube”un “Gramofon Müzik” hesabına ötən gün yerləşdirilib

Qeyd edək ki, Başkal Azərbaycanı çox sevdiyindən millət vəkili Qənirə Paşayevanın dəvətilə bir müddət öncə Azərbaycanda olub, cəbhə bölgəsində əsgərlər qarşısında konsertlər verib. Türkiyəli sənətçi bu əsəri illər öncə tək ifa edib.

Daha sonra onu duet şəklində ifa etmək üçün o Azərinə müraciət edib. Bəstənin mövzusundan xəbərdar olan Azərin Qarabağa, Xocalıya həsr olunduğuna görə tərəddüd etmədən Başkala razılıq verib. 

Qeyd edək ki, bəstənin sözləri və musiqisi Başkalın özünə aiddir. Layihənin ideya müəllifi Cavid Abidovdur.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri