“Qremmi”nin zövqsüz məşhurları - FOTO
“Qremmi”nin zövqsüz məşhurları - FOTO
Xəbər verdiyimiz kimi, ABŞ-ın Los-Anceles şəhərindəki “Staples Center”də 61-ci “Grammy Awards” mükafatlarının təqdimat gecəsi baş tutub.
Oxu.Az xəbər verir ki, mərasimə qatılan məşhurlar sırasında 49 yaşlı müğənni və aktrisa Cennifer Lopez də olub.
Ulduzu bu gecədə sevgilisi, basketbolçu Emmanuel Rodriqes tək buraxmayıb.
Diqqət çəkən məqamlardan birisi Lopezin zövqsüz geyimi olub. Başına böyük papaq, əyninə isə ağ, uzun, yaxası metal aksesuarlarla bəzədilmiş libas geyinən Cenniferin geyim dəsti izləyicilər tərəfindən bəyənilməyib.
Supermodel Kayli Cenner, dünya şöhrətli müğənni Keti Perri, Hollivudun məşhur aktrisası Haydi Klum, reper Tyerra Uak və digər ulduzların da libasları sosial şəbəkələrdə müzakirəsiz ötüşməyib. İzləyicilər qeyd edilən məşhurların əlbisələrinin gecəyə uyğun olmadıqlarını yazaraq, onları zövqsüzlükdə ittiham ediblər.
Rəşad Əliyev