23 
İyn
2014
13:01
8
30
2714
Virtual karabakh

Evli kişilərə o gözlə baxmıram – VİDEO

23 İyn, 2014
13:01
2714

Evli kişilərə o gözlə baxmıram – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şou aləminin nümayəndələri 2 yerə ayrılıb: Floraçılar, İlhaməçilər”.

Müğənni Səidə Sultan xalq artisti Brilyant Dadaşova ilə aralarında olan soyuq münasibətdən danışıb.

Oxu.Az ANS-də yayımlanan “Şoubiz+” verilişinə istinadla xəbər verir ki, müğənni B.Dadaşova ilə salamlaşmadığını vurğulayıb:

“Hansısa tədbirdə yaşından asılı olmayaraq sənət yoldaşlarım məni görəndə üz çevirirsə, mən də eyni cür edirəm. Brilyant Dadaşova neçə ildir ki, sənətdədir. Bir neçə  dəfə salam verdim, almadı. Mən də ona salam vermirəm.

Şou aləminin nümayəndələri 2 yerə ayrılıb: Floraçılar, İlhaməçilər. Gözəl münasibət yaxşıdır. Özünü dartmaq lazım deyil”.

İfaçı hətta 5 il depressiyaya düşdüyünü də açıqlayıb:

“5 il depressiyada olmuşam. Düzdür. Adi biznes adamlarının işləri alınmır, müflisləşirlər. Mən də elə şeylər yaşamışam”.

Səidə Sultan getdiyi toylarda ona olan münasibətdən də söz açıb:

“Bəzən deyirlər Səidə gedən toylarda xanımlar öz yoldaşlarını mənə qısqanır. Yox. Mən getdiyim toylarda evli kişilərə o gözlə baxmıram. Mənim də bacım, anam var”.
 

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri