14 
Fev
2019
15:02
33
190
5062
Virtual karabakh

Samir Dilarəni qucaqlayıb “Sev məni” dedi - VİDEO

14 Fev, 2019
15:02
5062

Samir Dilarəni qucaqlayıb “Sev məni” dedi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur müğənni Samir Cavadzadə “Sev məni” adlı mahnısına çəkilmiş klipinin təqdimat mərasimini keçirib.

Oxu.Az xəbər verir ki, Samirin ifa etdiyi bəstənin müəllifi Erkindir, sözləri isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox hit mahnıların müəllifi Cəlal Qurbanova məxsusdur. 

Gənc rejissor Eko Ağalarovun lentə aldığı klipdə baş rolu cazibədar müğənni Dilarə Kazımova canlandırıb. Ekran əsərində tərəf müqabili olan Samirlə Dilarənin sevgi hisslərindən, həyat hekayəsindən bəhs olunur. Hər iki məşhur yeni işləri ilə insanları sevib-sevilməyə səsləyirlər. 

Təqdimat gecəsində Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, Mehriban Zəki, müğənnilər Elnur Məmmədli, Sevil və Sevinc bacıları, Eldar Qasımov, Elnur Hüseynov, Günay İbrahimli, Sevda Yahyayeva, aparıcı Ranar Musayev, Kazım Sübhan, Hacı Nuran, Afaq Gəncəli və digər məşhur simalar iştirak ediblər. 

Jurnalistlərin suallarını cavablandıran Samir Cavadzadə klipdən razı qaldığını dilə gətirib.
Sənətçinin təqdimat gecəsində yaşanan ən maraqlı anlardan biri isə Xalq artisti Aygün Kazımova ilə bağlı olub.

O, Cavadzadəyə xoş və dadlı sürpriz edib. Çiçəklərlə bəzədilən tortu Kazımova öz əlləri ilə öncə gecənin qəhrəmanları Samirlə Dilarəyə, daha sonra aparıcı Afaqa uzadıb. Şirniyyatdan dadan məşhurlar S.Cavadzadənin yeni klipini birlikdə seyr ediblər. 

Rəşad Əliyev
VİDEO: Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri