16 
Fev
2019
13:58
32
238
13457
Virtual karabakh

Günayla Azər arasında nə baş verir? - VİDEO

16 Fev, 2019
13:58
13457

Günayla Azər arasında nə baş verir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Populyar müğənni Günay İbrahimli ilə ATV- də yayımlanan “Yoxlama” verlişinin aparıcı Azər Zahid arasında bir müddət öncə gərginlik yaranıb. Qalmaqala səbəb aparıcının "İnstaqram" səhifəsində müğənni ilə bağlı iki başlı paylaşım olub. 
 
Azər illər əvvəl Günayla şəklini yayaraq “Günay və səmimiyyət! İndi bu məşhurlar o qədər uzaq olublar ki, nə deyim... Şou-biznesimiz inkişaf edir” şərhini yazıb. 
 
Günay İbrahimli Oxu.Az-a bu və digər məsələlərlə bağlı açıqlamalar verib: 
 
- Günay xanım, aparıcı Azər Zahidlə aranızda nələr yaşanır ?
 
- Mənim aparıcı Azər Zahid ilə heç bir yaxınlığım yoxdur. Şou-biznesə gələndən və onu tanıyandan həyatımda 2 və ya 3 dəfə rastlaşmışam. Azərin sosial şəbəkədə paylaşdığı şəkil illər öncə çəkilib. Bir sözlə arxiv fotodur. Yadıma gəlir ki, ATV-də onun bir verlişi yayımlanırdı. Mən də o proqramda qonaq qismində iştirak edirdim. O foto elə məhz o verilişdə lentə alınıb. Fotonu mənə yolladılar ki, bax gör Azər nələr yazıb. Aparıcının fotoya yazdığı rəy isə ikibaşlıdır.
 
 
Azər mənə sosial şəbəkə ilə mesaj yolladı, mən də elə onun cavabını orada verdim ki, yazdığı rəyə aydınlıq gətirsin. Çünki yazıb ki, “Şou-biznesimiz inkişaf edir”. Niyə başqa bir müğənninin şəklini paylaşmadı, durub mənimlə olan fotonu paylaşdı? Onunla mənim sözün həqiqi mənasında heç bir səmimiyyətim yoxdur. Heç mənim şəxsi nömrəmi belə bilmir bu insan.
 
Azər mənim prodüsserimə zəng vurub. Cavab olaraq dedim ki, mən onunla telefon vasitəsi ilə danışmayacağam. Necə o mənə internet (sosial şəbəkə - red.) vasitəsi ilə söz yollayıb, mən də ona elə həmin yolla cavabı vermişəm. 
 
- Həmkarlarınız mahnılarınızı “maşap”larda oxuyur. Sizin buna reaksiyanız...
 
- “Maşap”lardan danışmayın. Biz sözlə biabırçılıqdır. Yeni gələn ifaçılar tanınmağı asan yolunu tapıblar. Mənim mahnılarımı şou biznesin əkiz bacıları Sevil və Sevinc Səfərovalar və Arzu adlı bir xanım ifa edib. Onlar əlaqə saxlayıb “Dəlisiyəm gecənin” və “Qətran” mahnısının icazəsini istədilər. Mən də razılığımı verdim. İfa edə bilərlər, sadəcə keyfiyyətli iş kimi baxmıram. Düşünürəm ki, keyfiyyətli bir iş ortalığa çıxartmalıdırlar. 
 
Mən Dj Roşkanın “maşap”ını bəyənirəm. Qalanlarını isə yox. Qeyri-peşəkar səviyyədə ifa edirlər. 
 
- Sənət və yaradıcılığınızda nə yeniliklər var ?
 
- Yaxın zamanda yeni bir klipimiz işıq üzü görəcək. Klip isə yeni “Qram-qram” adlı mahnıya çəkilib. Mahnını çox bəyəndim. Klip də düşünürəm ki, uğurlu və gözəl alınıb.  
 
- Sözügedən klipdə Lady Gaganın “Applause”dakı obrazını təkrarlamısınız?
 
- Onsuz da hər klipimdə kiməsə bənzədirlər. Klip çıxandan sonra hər hansısa saç düzümüm, geyindiyim libas və ya etdiyim hər hansısa hərəkətim dərhal yozulur. Deyirlər kimdənsə nəsə götürmüşəm və ya təkrardır. Bu normal bir haldır. Ukraynada çəkdirdiyim klip də söz-söhbətə səbəb oldu. Körpünün üstündə rəqs və ifam bir çox kliplərə bənzədildi. Artıq mən bunlara öyrəşmişəm. Təqdim edəcəyimiz yeni klipdə görüntüyə fəqli tərəfdən baxmışıq. Klipi təqdim edəndə inanıram ki, bəyənəcəksiniz !
 
Müğənni Günay İbrahimli ilə geniş videoreportajı təqdim edirik.
 
 
Rəşad Əliyev 
VİDEO: Valeh Arifoglu

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri