18 
Fev
2019
19:40
9
167
4466
Virtual karabakh

Xatirə arıqlamaq üçün ana olmaqdan imtina etdi - VİDEO

18 Fev, 2019
19:40
4466

Xatirə arıqlamaq üçün ana olmaqdan imtina etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Xatirə İslamın açıqlamaları müzakirələrə səbəb olub. Belə ki, müğənni arıqlamağı və formada qalmağı ana olmaqdan daha üstün tutaraq, cərrah masasına üzanıb. 

Oxu.Az xəbər verir ki, Xatirə İslam bu barədə  ATV kanalında qonaq olarkən danışıb.

O, ikinci dəfə ana olmaq arzusunu həyata keçirə bilmədiyi üçün üzüldüyünü qeyd edib.

“Uzandım əməliyyat masasına, düz doqquz saat əməliyyat keçirdim. Özümü düşündüm, əslində, övladımı düşünməli idim. İkinci dəfə ana olub, daha sonra əməliyyat etdirməli idim. Çox istəyirdim ki mənim bir qızım olsun. Ondan sonra bu əməliyyatı etdirim və atılım sənətin qoynuna.

İnanın sözlərimə, evimizdə də bu söz-söhbət hər zaman var. Övladımın tək qalmaması üçün yenidən ana olmaq istəyirdim. Görürəm ki, Emil hər zaman tək oynayır. Öz-özünə danışır. Amma qismət, daha nə edək?!”

Xatirə onu əməliyyat edən həkimə efir vasitəsi ilə ismarıc yollayıb.

“Elə deyir ki, şişdir. Ay həkim, bu şiş bəs nə vaxt yatacaq? Elə eyni libası geyinmişəm, səhər bu əynimə olmurdu. Nə etmisiniz? Əməliyyatdan öncə mən kişi qızı kimi düz 10 kiloqram arıqlamışdım. Mənə hamı deyirdi ki, əgər o qədər çəki atmısansa, bəlkə, heç əməliyyata getməyəsən?! Bu, çox riskli əməliyyat idi”.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri