19 
Fev
2019
12:50
49
178
4537
Virtual karabakh

Şəki və Mingəçevirdə “Fəlakət” təqdim edildi – FOTO/VİDEO

19 Fev, 2019
12:50
4537

Şəki və Mingəçevirdə “Fəlakət” təqdim edildi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki və Mingəçevir şəhərlərində “Cinemazadeh” studiyasının istehsalı olan “Fəlakət” komediyasının təqdimatı keçirilib.

“ASAN həyat” Kinoklublarının “CinemaPlus” Şəki və “CinemaPlus” Mingəçevir filiallarında baş tutan mərasimdə filmin baş rolunda çəkilən Elşən Orucov iştirak edib. 

Aktyor tədbirin qonaqları ilə şəkil çəkdirərək avtoqraf verib.

Filmin baş prodüseri Cəfər Axundzadə, prodüser Məmməd Məmmədov, rejissor Emil Quliyev, operator Orxan Abbasoff, ssenari müəllifləri Emil Quliyev və Vüsal Əhmədzadə, quruluşçu rəssam Arif Niftiyev, ikinci rejissor Çingiz Həsənov, geyim üzrə rəssam Olqa Şabanova, qrim üzrə rəssam Polina Tkaçenko, art direktor Pərviz Babayev, səs rejissoru Ramzes, səs operatoru Sergey Netrunenko və icraçı prodüser Azər Aydəmirdir.

Filmdə Elşən Orucov, Azər Aydəmir, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, İqrar Salamov, Orxan Ata, Ləman Mərih, Taleh Yüzbəyov, Nəsibə Eldarova, Solmaz Süleymanlı, Zaur Baliyev, Nahid Kərimli, Tural Əzizov, Ceyhun Məmmədov, Vüsalə Həsənli, Svetlana Əliyeva, Səbuhi Bayramov, Emil Mammadov, Həsən Ağa, Azər Səlimli və digərləri rol alıblar.

Qısaca məlumat: Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılıb ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır.

Filmin qəhrəmanı irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı - qeyri adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı?

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri