25 
İyn
2014
11:43
44
15
5562
Virtual karabakh

Əməkdar artist ölümdən döndü

25 İyn, 2014
11:43
5562

Əməkdar artist ölümdən döndü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb.

Əməkdar artist Gülnar Salmanova bağlı qapılar arxasında qalıb. Onun köməyinə gələnlər aktrisanı ağır vəziyyətdə aşkar ediblər.

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, dünən aktrisanın başına iş gəlib. 

Nərimanov rayonu, Arif Heydərov küçəsi, bina 21-də yaşayan sənətkarın qəfildən ürək ağrısı tutub və yerə yıxılıb. Bu zaman o, evdə tək olub. Hamamdan yataq otağına keçmək istəyən aktrisa hadisə zamanı oğlu ilə telefonla danışırmış. Bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb. Hadisədən xəbər tutan oğlu dərhal qonşuluqda yaşayan aktrisa Kübra Əliyeva ilə əlaqə saxlayıb və kömək etməsini xahiş edib.

O, isə mənzilin qapısını aça bilmədiyindən FHN-in xüsusi riskli xilasetmə xidmətini köməyə çağırıb. Mənzilin pəncərəsinin dəmir çərçivəsini kəsərək içəri daxil ola biliblər. Qapını açmağa müvəffəq olublar. Dərhal təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Qonşulardan aldığımız məlumata görə, son günlər Gülnar Salmanova evdən çıxa bilmirmiş. Ona görə də ona elə qonşuları yardım edirmişlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri