İyl
2014
18:32
3
22
2519
Virtual karabakh

İntizarın Rusiyada məhkəməsi olacaq – VİDEO

7 İyl, 2014
18:32
2519

İntizarın Rusiyada məhkəməsi olacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda girov qoyulub, azadlığa buraxılıb”.

Əməkdar artist Ədalət Şükürov Rusiyada həbs edilən müğənni İntizardan danışıb.

Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında həbs olunan həmkarının köməyinə getdiyini söyləyib:

“İntizar Smolenskdə tutulmuşdu. Sərhədi necə keçəcəyini bilməyib və həbs olunub. Mənə zəng etdi, orada lazımi orqanlarla əlaqə saxladım. Hazırda girov qoyulub, azadlığa buraxılıb. Amma bir ay Rusiyanı tərk edə bilməz. Bu ərəfədə məhkəmə olacaq, cərimə tətbiq ediləcək. Həmin cərimə ödənildikdən sonra İntizar Azərbaycana qayıda biləcək”.

Qeyd edək ki, İntizar bir neçə ay bundan əvvəl Rusiyadan deportasiya olunub. Lakin buna baxmayaraq, ölkə sərhədini qanunsuz keçməyə cəhd göstərdiyinə görə həbs edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri