14 
İyl
2014
09:56
191
35
16484
Virtual karabakh

Oksana Hindistanda məşhur yarışmaya qatıldı – VİDEO

14 İyl, 2014
09:56
16484

Oksana Hindistanda məşhur yarışmaya qatıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən çox şadam ki, Azərbaycanı bütün Hindistan tanıdı”.

Rəqqasə Oksana Rəsulova Hindistanda məşhur yarışma proqramına qatılıb.

Oxu.Az xəbər verir ki, Oksana bu barədə Facebook səhifəsində məlumat verib:

“Salam əziz dostlar, son günlər pis xəbərlərdən çox üzüldüm. İndi paylaşdığım video 3 həftə bundan qabaq çəkilib. Açıqlamaq istəyirəm ki, mən Hindistana “India's Best Cine Star Ki Khoj” realiti-şou üçün gəlmişəm. Bu veriliş Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günləri saat 20.30-da yayımlanır. Məlumat vermək istəyirəm ki, yarışmanın seçim turlarına 2000 nəfərdən çox insan qatılıb və yalnız 100 nəfər seçilməlidir. Bu videoda gördüyünüz kimi mən seçildim. Bundan sonra “Mega Audition”da 3 raund olacaq. Finala 12 nəfər çıxmalıdır – 6 qız, 6 oğlan.

Jüridə Bollywood aktrisası Sonali Bendre, Bollywood aktyoru Ayuşman Khurana, tanınmış rejissor Vijay Krişna Açarya əyləşiblər.

Mən çox şadam ki, Azərbaycanı bütün Hindistan tanıdı. Məni təbrik edən insanlardan Allah razı olsun. Var olun...”.

Biz də həmyerlimizə uğurlar arzulayır, nailiyyətlərinin davamlı olmasını diləyirik!

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri