15 
İyl
2014
18:43
33
29
12274
Virtual karabakh

Azərbaycanlı model: İşimə görə özümü belə qurban verərəm – FOTOSESSİYA

15 İyl, 2014
18:43
12274

Azərbaycanlı model: İşimə görə özümü belə qurban verərəm – FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi modellər bu işə 2-ci sənət kimi baxırlar”.

Azərbaycanlı model Ramina Abbasova yenidən kameralar qarşısına keçib.

Oxu.Az xəbər verir ki, AZXEBER.COM-un məlumatına görə, cazibədar bədən quruluşu və səmimiliyi ilə digər həmkarlarından daima fərqlənən model öz fikirlərini də bölüşüb:

 “Bildiyiniz kimi bəzi modellər bu işə 2-ci sənət kimi baxırlar. Ancaq mənim fikrimcə bu heç də doğru deyil. İnsan heç vaxt 2-ci plana atdığı işdə uğur qazana bilməz. Bu mənim işimdirsə, mən bu sahədə özümü belə qurban verməliyəm”.

Bir çox reklam çarxlarında və kliplərdə də rol alan Ramina, bunun hələ onun uğurları olduğunu hesab etmədiyini deyərək, “Hər şey hələ qarşıdadır. Bu sənətdə özünü sübut etmək üçün insan hər an öz üzərində çalışmalıdır. Mən hər yeni il gəldikdə, ötən ilə nəzər salıram. İllər keçdikcə daha da təcrübəyə yiyələndiyimi görürəm” sözlərini də əlavə edib.

Əməkdaşımızla söhbətdən sonra cazibədar model şəhərin mərkəzi sayılan “Tarqovı”da müxtəlif pozalarda kameramız qarşısına keçib.

Qeyd edək ki, Azərbaycan gözəli Ramina Abbasova 2014-cü ildə Xarici Dillər Universitetini “qırmızı diplom”la bitirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri