16 
İyl
2014
14:24
6
36
3558
Virtual karabakh

Prodüser Təranə: Elgizin qurbanı oldum

16 İyl, 2014
14:24
3558

Prodüser Təranə: Elgizin qurbanı oldum

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ceyhun Vəliyevin mənim həyatımda çox böyük bir rolu var”.

Prodüser Təranə Səmədova Qafqazinfo-ya müsahibə verib.

Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir:

- Kərim Abbasovla ailə münasibətləriniz bitsə də, haqqınızda söz-söhbətlər bitmir. Bu nədən irəli gəlir?

- Çalışıram bu haqda danışmayım. Sonuncu dəfə Elgizin proqramında qonaq olanda söhbət Kərimdən açıldı, əsəblərimə hakim ola bilmədim. Mən həqiqətləri danışmışam, yalan məlumatlar verməmişəm. Deyə bilərəm ki, Elgizin qurbanı oldum, reytinq xətrinə məni əsəbiləşdirib özümdən çıxartdılar. Kərim də məni orada sərf etdiyim sözlərə görə məhkəməyə verdi, lakin iddiası məhkəmə tərəfindən rədd edildi.

- Həyatınızda sevgi varmı?

- Evliliyimdən sonra çox gözəl münasibətim olub, lakin evliliklə nəticələnməyib. Hazırda həyatımda sevgi yoxdur.

- Bir müddət öncə idman müəlliminiz Ceyhunla aranızda sevgi münasibəti olduğu haqda xəbərlər yayılmışdı. Bu haqda nə deyə bilərsiniz?

- Məşqçim, powerlifting üzrə 3 qat dünya çempionu Ceyhun Vəliyevin mənim həyatımda çox böyük bir rolu var, o insanın xətrini həddindən artıq çox istəyir və çox böyük dəyər verirəm, əsas ona görə ki, çox savadlıdır və öz işinin peşəkarıdır. Onun sayəsində mənim də hardasa idman haqda təsəvvürüm yaranıb, sağlam qidalanmanın nə olduğunu, ümumiyyətlə, sağlam həyat tərzini öyrənmişəm. O, hər bir qadının sevib dəyərləndirə biləcəyi bir kişidir. Ceyhun ideal bir ailə başçısı olacaq bir insandır. Mən də onu bu cür dəyərləndirən bir dostuyam, vəssalam. Bu mövzuyla bağlı bir daha mənə sual ünvanlanmasını istəmirəm.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri