17 
İyl
2014
21:30
40
122
14648
Virtual karabakh

Xalq artistinin qızı: Ömrümün sonunadək evlənmək istəmirəm - FOTO

17 İyl, 2014
21:30
14648

Xalq artistinin qızı: Ömrümün sonunadək evlənmək istəmirəm - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir il öncə tanıdığım bir şəxs evimizə elçiliyə gəlmişdi”.

Xalq artisti Nurəddin Mehdixanlının aktrisa qızı şəxsi həyatında baş verənlərdən danışıb.

Oxu.Az-ın Gecce.az-a istinadən verdiyi məlumata görə, Kəmalə Quliyeva ikinci dəfə ailə qurmaq istəmədiyini bildirib: 

“Qızım artıq orta məktəbdə oxuyur. İkinci ailə haqqında düşünmürəm, ömrümün sonunadək evlənmək istəmirəm. Məncə bir qız anası üçün bu doğru addım deyil. Bir il öncə tanıdığım bir şəxs evimizə elçiliyə gəlmişdi. Amma ailəm bunu istəmədi. Sonradan mən də başa düşdüm ki, özüm öz həyatımı yaşayım. Öz əziyyətimlə qızımı böyüdüm.

Hal-hazırda yeni seriallara  təklif almışam. Qonorarları da yaxşıdır. Sentyabrdan etibarən yenidən efirə qayıdıram. Bundan əlavə, müəllifi olduğum şeir parçalarımdan birinə klip çəkdirməyi düşünürəm. Onu da sentyabr ayında tamaşaçılara təqdim edəcəyəm”.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri