24 
İyl
2014
23:00
9
107
6428
Virtual karabakh

ATV-nin efirində zəlzələ biabırçılığı - VİDEO

24 İyl, 2014
23:00
6428

ATV-nin efirində zəlzələ biabırçılığı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə dəqiqə sonra xanım aparıcı verdiyi xəbəri təkzib edib.

Bu gün “Azad Azərbaycan” Televiziyasının (ATV) 20.30-da yayımlanan “ATV Xəbər” informasiya buraxılışında maraqlı hadisə baş verib. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, xanım aparıcı xəbərlər proqramı başlayan kimi Zaqatala rayonunda 6 bal gücündə zəlzələ olması barədə xəbər verib. O deyib ki, Zaqatalada hər hansı dağıntı baş verməsə də, əhali arasında təşviş yaşanıb. Aparıcı “ötən zəlzələdən qalan çatların genişləndiyini” də əlavə edib.

Lakin bir neçə dəqiqə sonra xanım aparıcı Zaqatala rayonunda zəlzələ olması barədə verdiyi xəbəri təkzib edib və tamaşaçılardan üzr istəyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri