29 
İyl
2014
14:58
26
164
3970
Virtual karabakh

Nadir Qafarzadənin hovuz görüntüləri - FOTOLAR

29 İyl, 2014
14:58
3970

Nadir Qafarzadənin hovuz görüntüləri - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nabrandan Bakıya qayıtmaq istəmirdim”.

Bir müddət öncə “Yaşıl teatr”da həyat yoldaşına “Həyatımsan ömrüm qədər” adlı konsert həsr edən müğənni Nadir Qafarzadə yaradıcılıq işlərindən söz açıb. 

Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya açıqlama verən müğənni bildirib ki, bu yaxınlarda pərəstişkarlarına gözlənilməz layihə təqdim edəcək: 

“Həyat yoldaşıma həsr etdiyim konsertimin səs-küyü səbəb oldu. Bir çoxları hətta sənət dostlarım fərqli, maraqlı addım atdığımı söylədilər. Amma ağız büzənlərdə tapıldı. Bu normaldır. Daim yaradıcılıq işlərimlə məşğulam. Buna görə də, söz-söhbətlər hər zaman olacaq. Bir neçə gün olar ki, Türkiyədən gəlmişəm. Paytaxta gələr-gəlməz Nabrana istirahətə yola düşdüm. 

Həm ziyarət, həm ticarət deyib, istirahət məkanında musiqi payımı orada istirahət edənlərlə bölüşdüm. Reper Dado ilə olan duetimi oxudum. Çıxışımız maraqla qarşılandı. Gecənin aparıcısı Xose Bernardo idi. Nabrandan Bakıya qayıtmaq istəmirdim. Amma “Azərbaycanın səsi” layihəsinin çəkilişləri üçün Bakıya qayıtmalı oldum. Bundan əlavə bir neçə gün sonra yeni mahnımı təqdim etməyi də düşünürəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri