18 
İyn
2017
15:07
314
259
25403
Virtual karabakh

Natavan Həbibi ərə gedir – FOTO – VİDEO + YENİLƏNİB

18 İyn, 2017
15:07
25403

Natavan Həbibi ərə gedir – FOTO – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni Natavan Həbibinin instaqramda paylaşdığı foto şou gündəmini zəbt edib. Belə ki, fotoda sənətçinin ailə quracağı şəxslə əl-ələ tutması, masada onların baş hərflərinin yazılması və Həbibiyə evlilik təklifi olunması müzakirə mövzusuna çevrilib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Natavanın mediadan gizlətdiyi şəxs məşhur repçi Dado Əliyevdir. Bundan başqa, repçinin əsl adı Səiddir və fotodan göründüyü kimi stol üzərində onun rəsmi adının baş hərfi, yəni “S” qeyd olunub.

Bundan əlavə, Dado da rəsmi instaqram səhifəsində sözügedən fotonu paylaşıb

Bu məqamda qeyd edək ki, cütlük mərhum repçi  Hüseyn Dəryanın xatirəsinə həsr olunmuş “Yat, dostum” adlı duet oxuyublar və birlikdə klipə çəkiliblər

11:48

Müğənni Natavan Həbibi toya hazırlaşır.

Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçıya artıq nişanlısı tərəfindən evlilik təklifi də edilib. Nişanlısı ilə əllərinin fotosunu paylaşan Natavan təklifə müsbət cavab verib.

Sosial şəbəkə istifadəçiləri də N.Həbibini ərə getməyi münasibətilə təbrik ediblər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri