19 
Avq
2014
11:09
29
53
1689
Virtual karabakh

“Gipsy Kings” Bakıya gəlir

19 Avq, 2014
11:09
1689

“Gipsy Kings” Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qaraçı kralları” ilk dəfə Bakıda konsert verəcəklər.

Dünyada “qaraçı kralları” kimi tanınan məşhur “Los Reyes Gipsy Kings” qrupu sentyabrın 13-də Bakıda çıxış edəcək.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, qrup paytaxtımızda uzun illərdir dünya səhnələrində oxuduqları ən məşhur hitlərini təqdim edəcək. Təşkilatçılar sürpriz də vəd edirlər.

Qrupu tanınmış flamenko ifaçısı Xose Reyesin övladları Nikolas və Andre Reyes qardaşları yaradıblar. Onlar qohumları Jak, Moris və Tonino Balyardonu da qrupa cəlb ediblər.

1986-cı ildə musiqiçilər prodüser Klod Martineslə tanış olublar. Müasir pop musiqisinin ritmlərini və elementlərini öz bəstələrinə gətirdikdən sonra qrupun taleyində köklü dəyişikliklər olub. “Djobi Djoba” və “Bamboleo” kimi mahnılar qrupun vizit kartına çevrilib. Onlar üçün ən önəmli cəhətləri yüksək ifaçılıq qabiliyyəti, ehtiras və tükənməyən musiqi sevgisidir. 

Yaxın zamanlarda “Los Reyes Gipsy Kings” qrupunun konsertinin biletləri satışa çıxarılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri