20 
Avq
2014
13:17
41
107
6993
Virtual karabakh

İlqar Mikayıloğlu xəstəxanalıq oldu

20 Avq, 2014
13:17
6993

İlqar Mikayıloğlu xəstəxanalıq oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qışqırtım aləmi bürüdü”.

Ötən gün səhər saatlarında ANS TV-nin “Günə Baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun qolu sınıb.

Hadisə verilişin anons çəkilişi zamanı baş verib.

Oxu.Az xəbər verir ki, İlqar Mikayıloğlunun ANS PRESS-ə verdiyi məlumata görə, Pirallahı ərazisindəki çimərlikdə “Günə Baxan” verilişinin anons çəkilişi gedən an ani diqqətsizlik edib. Nəticədə ayağı ilişib və sağ qolu üstdə yıxılıb.

“Mən solaxayam. Yaxşı ki, sağ qolumun üstünə yıxıldım. Əlim biləkdən yuxarı sındı. Əlim çox eybəcər formaya düşmüşdü. Qışqırtım da aləmi bürüdü”, - deyə İlqar Mikayıloğlu bildirib.

Aparıcı dərhal Sabunçu rayon xəstəxanasına aparılıb. Həkimlər ona yardım göstəriblər. İndi aparıcının əli 35 gün gipsdə qalacaq. O, birinci gün yenidən həkim müayinəsinə gedəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri