20 
Avq
2014
17:10
6
103
4651
Virtual karabakh

Konçita Vurst Karl Lagerfeldin çəkilişlərinin qəhrəmanı olub – FOTO

20 Avq, 2014
17:10
4651

Konçita Vurst Karl Lagerfeldin çəkilişlərinin qəhrəmanı olub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dizaynerlər Konçitanın istedadına və cazibəsinə laqeyd qala bilməyiblər.

“Eurovision-2014”-ün qalibi Konçita Vurst CR Fashion Book jurnalı üçün çəkilən fotosessiyada Karl Lagerfeldin ilham pərisinə çevrilib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, dəb dünyasının ən şöhrətli dizaynerləri Konçitanın istedadına və cazibəsinə laqeyd qala bilməyirlər.

Onun model kimi Jean Paul Gaultier moda göstərisində çıxışından sonra təkliflər bir-birinin ardınca gəlib. Chanel və Fendinin direktoru, böyük və dəhşətli Karl Lagerfeldin özü, ulduzdan onun modeli olmasını istəyib.

Məlumdur ki, Lagerfeld artıq bir neçə ildir ki, fotoqrafiya ilə məşğul olur və ən dəbli, nüfuzlu jurnallar üçün çəkilişlər edir. Bundan başqa o, Chanel-in bir neçə kampaniyasının müəllifidir. 25 yaşlı Konçita Vurstun, başqa sözlə Tom Noyvirtin fotoları Karin Roytfeldin CR Fashion Book jurnalında çıxacaq.

Müğənni Givenchy-dən yetərincə qıcıqlandıran geyimlərdə: bodi, iç çamaşırı, geniş şalvar və qısa xəzli jaketlərdə çıxış edib. Çəkilişlərdə Konçita ilə bərabər hamilə model Eşli Qud və androgin görünüşə malik model Keysi Leqler də iştirak ediblər.

Bundan başqa jurnalda Konçita ilə müsahibəni də oxumaq olar. Bu personajın necə yarandığı barədə suala cavab verən ifaçı deyib:

“Mən Konçitanı çoxdan yaratmışam... əslində bu mənim həyat hekayəmdi. Mən, yetərincə konservativ olan, kiçik Avstriya kəndində böyümüşəm. Qız kimi geyinən qəribə oğlan idim”.

Xatırladaq ki, Konçita Jean Paul Gaultier moda göstərisini bağlayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri