Sen
2014
11:53
57
16
3359
Virtual karabakh

Oksana Hindistandakı yarışmada yenə birinci oldu

2 Sen, 2014
11:53
3359

Oksana Hindistandakı yarışmada yenə birinci oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Sizin sayənizdə ikinci dəfədir ki, həftənin toxunulmazı oluram".

Rəqqasə Oksana Rəsulova Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” müsabiqəsindəki çıxışını uğurla davam etdirir.

Oxu.Az-ın məlumatına görə, o,ən çox səs toplayaraq həftənin toxunulmaz siması olub. Bu haqda rəqqasə sosial şəbəkədə yazan Oksana məlumat verib:

“Kim ki mənə səs verib, dəstək olubsa, minnətdaram. Sizin sayənizdə ikinci dəfədir ki, həftənin toxunulmazı oluram. Buna tamaşaçılar qərar verdi. Var olun”.

Qeyd edək ki,müsabiqə Hindistanın ZEE TV kanalında  hər həftənin şənbə və bazar günü yayımlanır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri