10 
Sen
2014
10:27
45
17
14857
Virtual karabakh

Erməni olduğu deyilən müğənninin bütün sənədləri yayıldı - FOTOLAR

10 Sen, 2014
10:27
14857

Erməni olduğu deyilən müğənninin bütün sənədləri yayıldı - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doğum haqqında şəhadətnamələrdə isə...

Müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımova, Tolik və Zoriki ona “erməni” dediklərinə görə, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsi maddəsi ilə məhkəməyə müraciət etməsi barədə xəbər vermişdik. 

Oxu.Az Qafqazinfo-ya istinadla məlumat verir ki, araşdırma nəticəsində müğənni Natavan Həbibinin atası Muradov Şamil Paşa oğlu, anası Həbibova Nərgiz Ələkbər qızı, dayısı Həbibov Əhməd Ələkbər oğlu, əmisi Muradov Kamil Paşa oğlu, xalası Həbibova Nəcibə Ələkbər qızının doğum haqqında şəhadətnamələri ortaya çıxıb. Doğum haqqında şəhadətnamələrdə müğənninin və onun ailəsinin “erməni” olması ilə bağlı heç bir məlumat əks olunmayıb. 

Prodüser Tolik Qafqazinfo-ya açıqlamasında müğənninin doğum haqqında sənədini dəyişdirdiyini, sənədi 2014-cü ildə aldığını iddia etmişdi. 

Qeyd edək ki, sənəddə Həbibinin doğum haqqında şəhadətnaməsinin verilmə tarixi 1984-cü il, yenilənmə tarixi 2014-cü il göstərilir. Sənədin yenilənməsi Türkmənistanda “Ümumi Sənəd Yenilənməsi Qanunu” ilə əlaqədardır. 

Sözügedən sənədləri təqdim edirik: 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri