11 
Sen
2014
15:15
35
186
34166
Virtual karabakh

Bülent Ersoyun qadın olduğu gün - FOTOLAR

11 Sen, 2014
15:15
34166

Bülent Ersoyun qadın olduğu gün - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, qadınlığa ilk addımını atdığı əməliyyatından sonra Allaha şükür edərək əfv diləyib.

Məşhur müğənni Bülent Ersoy 14 Aprel 1981-ci ilin çərşənbə axşamı səhəri, London saatı ilə 08.30-da “Charring Cross” xəstəxanasında keçirdiyi əməliyyatla cinsiyyətini dəyişdirib və yeni həyatına Bülent xanım olaraq "Salam" deyib.

(Foto: Bülent Ersoyun xəstəxanadan çıxandan sonra ilk işi anasını Londona gətirtmək olub. Anası Necla xanım övladını yeni cinsiyyəti ilə ilk dəfə hava limanında görüb).

Bülent Ersoy əməliyyatdan üç gün sonra tamamilə özünə gəldikdə üzündə bir təbəssüm yaranıb.

O, əməliyyatı həyata keçirən həkiminə, tibb bacılarına və onunla maraqlanan bütün xəstəxana işçilərinə təşəkkür edərək, dəfələrlə onlara minəttdarlıq borcunu dilə gətirib. Özünü yalnız hiss etdiyi vaxtda, iki əlini açaraq dua etməyə və Allaha şükür etməyə başlayıb. Günahlarının bağışlamasını istəyib.

Halbuki tək deyildi sənətçi ... Xəstəxananın qapısında Türkiyədən gələn iki yaxın dostu var idi. Filiz adlı rəfiqəsi  onu xəstəxanada ziyarət edən ilk yaxını olub və uzun müddət onun  yanında qalıb.

Ersoy cümə gecəsini sakit keçirib. Səhər ertəsi özünə gələndə bir az sancısı olub. Həkimlərdən ona ağrıkəsici iynə vurmalarını xahiş edib. İynədən qısa müddət sonra ağrısı–sızıltısı azalıb Bülent Ersoyun... Otağına çiçəklər, ard-arda telefon zəngləri gəlməyə başlayıb.

Sənətçi onunla görüşən ilk türk jurnalistə isə bunları söyləyib: "Günlərim dua etməklə keçir. Tanrıma şükürlər olsun. Özümü yaxşı hiss edirəm".

Əvvəllər doğum günlərini qeyd etməyən Bülent xanım Türkiyəyə qayıtdıqdan sonra 9 İyun 1981-ci ildə, 29-cu doğum  günündə kiçik  parti təşkil edib və "Bu mənim 1-ci yaş günümdür" deyib.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri