13 
Sen
2014
09:32
2
37
2376
Virtual karabakh

Məşhur prodüser: Övladım nikahdankənar doğulub

13 Sen, 2014
09:32
2376

Məşhur prodüser: Övladım nikahdankənar doğulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İstəyirlər buna görə qınasınlar, məni maraqlandırmır”.

Prodüser Təranə Səmədova “Bu saat” verilişində, “Stop” rubrikasının qonağı olub.

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, prodüser, həyat və yaradıcılığı ilə bağlı sualları cavablandırıb.

O, qızını nikahdankənar dünyaya gətirdiyini etiraf edib:

“Mən ikinci dəfə ailə qurmamışam. Övladım nikahdankənar dünyaya gəlib. Əlbəttə ki, bunu söyləyərək qadınları nikahdankənar uşaq dünyaya gətirməyə çağırmıram. Buna görə istəyirlər məni qınasınlar, istəyirlər qəbul etsinlər. Məni maraqlandırmır. Yaşadıqlarımla hansı qadın üzləşsəydi, eyni addımı atardı. Mənim başqa çıxış yolum yox idi. Övladım mənim üçün stimul oldu. Çünki, nə üçün yaşadığımı bilmirdim, qızım məni həyata bağladı. İndi tənha anayam, qızımı tək böyütməyimlə də fəxr edirəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri