16 
Sen
2014
11:03
5
47
10295
Virtual karabakh

Maral Tahirqızı: Səsimi yoxlayıblar, amma bilməyiblər ki, səsim hara gedir çıxır

16 Sen, 2014
11:03
10295

Maral Tahirqızı: Səsimi yoxlayıblar, amma bilməyiblər ki, səsim hara gedir çıxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünyanın ən zil səsli müğənnisi” ANS-in efirində danışdı.

Sosial şəbəkələrin meqastarı Maral Tahirqızı ANS-in qonağı olub.

Oxu.Az-ın ANS PRESS-ə istinadla məlumatına görə, son günlərin ən populyar müğənnisi Aytən Səfərovanın aparıcısı olduğu “Salam, Azərbaycan” proqramında efirə çıxıb.

Maral Tahirqızı ilə söhbətləşən Aytən Səfərova, Natiq Nailəoğlu, Xəyal Azəroğlu, İsa Şükürov və Samir ona bütün sosial şəbəkə istifadəçilərini maraqlandıran və düşündürən sualları ünvanladılar. 

İnternetlə necə tanış olmasını anladan Maral Tahirqızının cavabı çox maraqlı oldu:

“Keçən il interneti aldım, məqsədim internet vasitəsilə tanınmaq idi. İnterneti bilmirdim, qardaşım oğlu öyrətdi məni. Səhifəmdəki bütün mahnıları “qoqle”dən (google) özüm yükləmişəm”.

Facebook vasitəsilə qısa müddətdə populyarlaşan Maral bütün sosial şəbəkələrdə qeydiyyatdan keçdiyini bildirdi:

“Bütün sosial şəbəkələrdə varam, amma daha çox Facebook-da aktivəm. Facebook səhifəmi təzə açanda ilk dostluq göndərən Mehmet adlı bir türk oldu. Ondan sonra 6-7 ay ancaq türklərlə dostluq etdim. Sonra yavaş-yavaş özüm tanıdığım azərbaycanlı musiqiçilərə dostluq göndərdim. Müəllimim Qəzənfər Abbasova da dostluq göndərdim, nədənsə dostluğumu qəbul etmədi”.

Maral Tahirqızı Qızıl Fondda səs yazısının olduğunu bildirdi:

“Qızıl Fondda səsyazmalarım var, amma deyə bilmərəm ki, AzTV-nin solistiyəm. Orada 3 mahnı oxumuşam, qanarımı (qonarar) almışam”.

Həddindən artıq güclü səsə malik olduğunu deyən Facebook ulduzu, səsinin 6 oktavadan da çox olduğunu dedi:

“Səsimi yoxlayıblar, amma bilməyiblər ki, səsim hara gedir çıxır”.

Maral xanımın maraqlı açıqlamalarından biri də tarın altından keçməsi ilə bağlı oldu:

“Ağadadaş adlı tanış bir tarzən var, mənə dedi ki, mənim tarımın altından çox müğənnilər keçib, amma sənin kimisi olmayıb”. 

Aytən Səfərova onun bu sözlərindən sonra “Ağadadaş müəllim, tarınızı özünüzə saxlayın, Maral xanım bizim tarımızın altından keçəcək” deyib ayağa qalxdı və Maral Tahirqızını əlində tutduğu tarın altından keçirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri