16 
Sen
2014
11:55
5
21
3571
Virtual karabakh

Azərbaycanlı məşhurun nikahdankənar övladı var imiş

16 Sen, 2014
11:55
3571

Azərbaycanlı məşhurun nikahdankənar övladı var imiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

12 illik münasibətdən bir qızları olan keçmiş sevgililər hələ də küsülüdürlər.

Azərbaycanın məşhur rəqqasəsi İlonanın nikahdankənar övladı var imiş. Rəqqasə xanım beş ildir ki, uşağı hamıdan gizlədirmiş.

Oxu.Az-ın publika.az-a istinadən məlumatına görə, rəqqasə xanım uşağı uzun illər bərabər yaşadığı sevgilisindən dünyaya gətirib. İlonanın hazırda beş yaşlı qızının atası, uşağın atası olduğunu etiraf etsə də, İlona ilə ailə qurmaq fikrindən uzaqdır. Dediyinə görə, sənət adamı ilə onunku tutmaz. 12 illik münasibətdən bir qızları olan keçmiş sevgililər hələ də küsülüdür və barışmaq fikrində deyillər.

Qeyd edək ki, bu fakt ilk dəfə olaraq ATV-nin yeni verilişi olan və aparıcı Günay Firudinqızının təqdimatında efirə yayımlanan “Düzünü desək” proqramında açılıb.

Onu da bildirək ki, 2000-ci illərdə çox məşhur olan rəqqasə xanım son 5-6 ildə sənət fəaliyyətindən uzaqlaşıb. Hətta onun depressiyaya düşdüyü deyilirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri