16 
Sen
2014
16:35
15
11
2324
Virtual karabakh

“Baku Fashion Night 2014” dəb nümayişi - FOTOLAR

16 Sen, 2014
16:35
2324

“Baku Fashion Night 2014” dəb nümayişi - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəbsevərlər Bakıda biraraya yığışdı.

Sentyabrın 13-də paytaxtda Baku Fashion Night 2014” keçirilib. 

Oxu.Az axşam.az-a istinadla xəbər verir ki, “Excelsior Hotel Baku” və “Fashion model school by Lyubov Gutorova” model agentliyi tərəfindən keçirilən tədbirə tanınmış simalar qatılıb. 

2014-cü ilin ən böyük moda tədbirində azərbaycanlı dizaynerlər - Zümrüd Mirzəliyeva, Hökumə Hacıyeva və Günel Behbudovayla bərabər, həm də ukraynalı dizayner Svetlana Dmitrenko iştirak edib. 

Dəfilə beynəlxalq status qazanıb. Lyubov Qutorova bu tədbiri yerli dizaynerləri dəstəkləmək niyyəti ilə keçirdiklərini bildirib: 

“Biz silsilə moda tədbirləri təşkil edirik. “Baku Fashion Night 2014” onlardan biri olacaq və yaxın gələcəkdə bu tədbir davamlı keçiriləcək. Giriş biletlərinin qiyməti çox münasibdir – bununla biz müasir dəb mədəniyyətinin inkişafı və təbliği üçün daha böyük kütləni cəlb etmək niyyətindəyik”.

www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri