17 
Sen
2014
12:48
5
23
2571
Virtual karabakh

Rəqsanə: Mən sonsuz deyiləm ki...

17 Sen, 2014
12:48
2571

Rəqsanə: Mən sonsuz deyiləm ki...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bunu sübut etsin".

Müğənni Rəqsanə İsmayılovanın süni mayalanma yolu ilə hamilə qalacağı haqda xəbər yayılıb.

Oxu.Az-ın axsam.az-a istinadən məlumatına görə, müğənni bunun şayiə olduğunu bildirib:

“Mən sonsuz deyiləm ki, süni mayalanmadan istifadə edim. İki qızım var. Xəbəri yazan şəxslə görüşəcəyəm ki, bunu sübut etsin. Məni klinikada görəni gətirib üzləşdirsinlər. Türkiyəyə getməyə vaxtım yoxdur. Başım klip çəkilişinə, qızımla hazırladığım yeni verilişə qarışıb. Oraya nə zaman getdim? Allahın izni ilə üçüncü dəfə ana olmaq istəyirəm, amma bu yolla yox. Kim o jurnalistə ixtiyar verir ki, mənim qızıma zəng vurub, bu haqda sual versin? Mən hər zaman düzünü danışan insanam. Bundan sonra da nə olsa, sevənlərimlə bölüşəcəyəm. Allaha dua edirəm ki, üçüncü dəfə də ana olum. Ailəli qadınam, burda eyib heç nə yoxdur. Mən uşaqları çox sevirəm. Əgər müğənni olmasaydım bu günə kimi 9 uşaq dünyaya gətirərdim. Süni mayalanmaya isə pis baxmıram. Qadınlar var ki, bu yolla uşaq sahibi olurlar”.

Qeyd edək ki, Rəqsanənin Aysun və Yağmur adlı iki qızı var. Sözügedən xəbəri publika.az saytı yayıb. Məlumatda sənətçinin Türkiyədə klinikaların birində olduğu, orada süni mayalanma etdirəcəyi yazılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri