20 
Sen
2014
09:12
17
22
2523
Virtual karabakh

Bank müğənni Səidənin avtomobilini əlindən alır

20 Sen, 2014
09:12
2523

Bank müğənni Səidənin avtomobilini əlindən alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İfaçı deyilənləri təsdiqləyib.

Tanınmış müğənni Səidə Sultanla “Bank Respublika” arasında qalmaqal yaşanıb.

Oxu.Az aznews.az-a istinadən xəbər verir ki, buna səbəb müğənninin bankın Badamdar filialından götürdüyü krediti ödəməməyi olub.

Aylıq pulları vaxtı-vaxtında ödəmədiyi üçün bank rəhbərliyi onun barəsində sərt addımlar atmağa məcbur olub. Məlumatda qeyd edilir ki, bankın əməkdaşları müğənniyə bir neçə gün vaxt veriblər. Bildiriblər ki, bu vaxt ərzində banka olan borcları ödəməsə, girov qoyduğu avtomobili əlindən alınacaq.

Səidə Sultan açıqlamasında avtomobilinin “Bank Respublika”da kreditdə olduğunu təsdiqləyib:

“Bəli, mənim bu bankda kreditim var. Düzdür, gecikmələrim də olur. Amma ödəyirəm. Ödəməm ayın əvvəlindədir. Gecikmə, mən Bakıda olmadığımdan baş vermişdi. Məsələni yoluna qoyacağam”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri