26 
Sen
2014
15:25
25
116
10178
Virtual karabakh

Ölkəmizi beynəlxalq model müsabiqəsində bu oğlan təmsil edəcək – FOTO

26 Sen, 2014
15:25
10178

Ölkəmizi beynəlxalq model müsabiqəsində bu oğlan təmsil edəcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il qalib venesuelalı model Jose Anmer Paredes olub.

Oğlanlar arasında keçirilən beynəlxalq model müsabiqəsi “Mister İnternational 2014”-ün Azərbaycan təmsilçisi məlum olub.

Oxu.Az-a bu haqda məlumatı müsabiqənin təşkilatçısı Aqil Məmiyev verib. Təşkilatçı açıqlamasında bildirib ki, Azərbaycan üzrə təşkilat komitəsinin birgə rəyinə əsasən həmin müsabiqədə ölkəmizi Əli Zahirli təmsil edəcək. Onun sözlərinə görə, münsiflər heyəti 100-dən çox iştirakçı arasından 26 finalçı seçib. Onlar arasında birinci yerə isə Əli Zahirli layiq görülüb.

Xatırladaq ki, yarışmanın İnternational direktoru “World Beauty Congress”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.

Məlumat üçün bildirək ki, “Mister İnternational 2014” müsabiqəsinin final mərhələsi 18 oktyabrda Cənubi Koreyada, Seulda keçiriləcək. Təmsilçimiz gələn ay oraya yola düşəcək.

Qeyd edək ki, ötən il bu yarışma İndoneziyada keçirilib. Qalib venesuelalı model Jose Anmer Paredes olub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri