30 
Sen
2014
16:29
5
12
1871
Virtual karabakh

Səməd Səmədovun delfini var - FOTO

30 Sen, 2014
16:29
1871

Səməd Səmədovun delfini var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, bunu mediadan gizli saxlasa da...

Xalq artisti Səməd Səmədov bağında delfin saxlayır. 

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, delfini ona rəhbərlik etdiyi “Qismət” qrupu hədiyyə edib. 

Qrupun solisti Tural Məmmədov delfini xalq artistinin ad gününə hədiyyə etdiklərini deyir: “Ad günü ərəfəsində qrupdakı uşaqlarla Səməd müəllimə nə hədiyyə edəcəyimizi fikirləşdik. Belə qərara gəldik ki, ona delfin alaq. Özü dəfələrlə bizə demişdi ki, müxtəlif itlərim olub, amma delfin arzusundayam. Biz də 10 000 manatımızdan keçib Səməd müəllimin bu arzusunu gerçəkləşdirdik”.

Turalın sözlərinə görə delfin bala olduğundan Səməd Səmədov bunun mətbuata sızmağını qəti istəmir. “Amma belə bahalı hədiyyəni gizlətməyə məncə dəyməz. Səməd müəllim delfini Fatmayidəki bağında saxlayır”- deyə Tural bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri