30 
Sen
2014
17:08
3
12
1756
Virtual karabakh

Rəqsanədən qadağa: Adımı onunla birlikdə çəkməsinlər

30 Sen, 2014
17:08
1756

Rəqsanədən qadağa: Adımı onunla birlikdə çəkməsinlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Rəqsanə İsmayılovanı özündən çıxarıblar.

Ötən gün “Günəbaxan” verilişində keçmiş prodüseri Təranə Səmədovaya onunla bağlı suallar verilməsi sənətçini əsəbiləşdirib. 

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, Rəqsanə telekanallara qadağa qoyduğunu deyib: 

“Bütün telekanallara qadağa qoyuram: bundan sonra heç bir proqramda mənim adımı Təranə Səmədova ilə birlikdə hallandırmasınlar. Kimisə efirə çağırıb, mənimlə onun arasındakı qalmaqaldan danışmasınlar, adımı onunla birlikdə, onun adının yanında çəkməsinlər. Heç kim mənə onunla bağlı sual ünvanlamasın. Əks təqdirdə, həmin verilişi məhkəməyə verəcəm. Buna görə də, heç kim məndən inciməsin. Mən bu söz-söhbətlərdən yoruldum. Hər bir insanın öz işi var. Getsinlər o işləri ilə bağlı suallar versinlər. Reytinq xatirinə mənim adımı ortada hallandırmasınlar. Məndən, ondan başqa adam yoxdur? Gedin onların haqqında danışın. Məndən əl çəksinlər. Mənim o insanla artıq heç bir işim, bağlantım yoxdur. Kimin nə olduğunu hamı bilir. Bir dava oldu, bitdi. Əgər bizim böyük səhvimiz, günahımız olsaydı, qanun qarşısında cavab verərdik”. 

Hazırda Moskvada olan Rəqsanə sabah vətənə qayıdacağını bildirib.

Qeyd edək ki, T.Səmədova aparıcının R.İsmayılova ilə bağlı sualına “Rəqsanə ilə qalmaqal mənə heç nə qazandırmadı. Mənim məsələm belə oldu: oğru elə bağırdı ki, doğrunun bağrı çatladı. Mənə elə ləkə yaxdılar ki, özümü təmizə çıxarmağım böyük vaxt tələb etdi. Bu qalmaqal mənə neqativ təsir bağışladı” deyə, cavab verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri