30 
Sen
2014
17:46
4
29
2197
Virtual karabakh

Əməkdar artistdən evdən qovulduğunu deyən gəlini haqda açıqlama

30 Sen, 2014
17:46
2197

Əməkdar artistdən evdən qovulduğunu deyən gəlini haqda açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Abır həyadan başlayır”.

Əməkdar artist Vahid Əliyev oğlu Ramin Əliyevin həyat yoldaşını evdən qovması xəbərinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, aznews.az-a danışan əməkdar artistin dediyinə görə, gəlini Könülün bu cür danışmasına və televiziyaya çıxmasına səbəb hüquq müdafiəçisi Şəfiqə Nağıyevadır.
 
“Həddindən artıq şişirdilmiş bir şeydir. Mənə zərbə vurmaq üçündür. Orada gəlinin nə işi var. Daha çox Şəfiqə xanımın əməlləridir. Biz həmişə bir yerdə ekspert kimi çıxış edirik. Gəlin yəqin onu tapıb. Mənim psixoloji vəziyyətim elə pisdir ki, gəlin də bir yandan mənə şər atır. İl yarım bundan əvvəl boşanıblar. Gəlinin niyyəti var ki, oğlumun maşınını əlindən alsın. Maşın oğlumun adınadır. Amma dava yorğan davasıdır. Deyir ki, maşın ailə olanda alınıb. Abır həyadan başlayır. Abır itəndə həya da yoxa çıxır”, - deyə Vahid Əliyev qeyd edib.
Xatırladaq ki, əməkdar artist Vahid Əliyevin gəlini Könül “Öz aramızda” verilişinin qonağı olub, qayınatası və həyat yoldaşından şikayət edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri