30 
Sen
2014
21:15
38
64
12471
Virtual karabakh

“Zaur, qıjısan ki, qıjı…” - FOTO

30 Sen, 2014
21:15
12471

“Zaur, qıjısan ki, qıjı…” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yüz şirinin xatirinə bir acını udmaq olar”.

Son vaxtlar ATV-nin tanınmış aparıcısı Zaur Baxşəliyevin “Instagram”da paylaşdığı fotolar insanlar tərəfindən birmənalı qarşılanmır.

Həmin fotoların altında təhqiramiz ifadələr yazılır.

Növbəti bir fotonun altında isə bu sözlər yazılıb: “Zaur, qıjısan ki, qıjı…” Bundan əvvəl isə onun xanım Günay Baxşəliyeva ilə birgə paylaşdığı fotolar insanlarda  qıcıq yaratmışdı.

Maraqlıdır, Zaurun özünün haqqında yazılanlara münasibəti necədir görəsən, xoşagəlməz ifadələrdən qıcıq olurmu? Sən demə, olmur:

“Təzə-təzə “Instagram”a girəndə, artıq-əskik sözlər yazanlara qıcıq olurdum. Çalışıb cavab vermək istəyirdim.  Sonra bu qədər xoş söz yazanları gördüm, onlardan ilham aldım və düşündüm ki, yüz şirinin xatirinə bir acını udmaq olar. Daha belə şeylərə əhəmiyyət vermək yox. Bizi sevən və dəstəkləyən insanlara da xahişim budur ki, siz də fikir verməyin, əziz fanlar. Fanatlıq etməyib sadəcə bizi izləyənlər, sizə sonsuz təşəkkürlər, çox sağ olun. Ayrı-ayrı sizə yaza bilməsək də, sizi çox sevirik. Bir də ki, insanlar kimi fikirlər də müxtəlifdir. Hər rəyə hörmətlə yanaşırıq. Bizi istədiyi kimi görmək istəyənləri də başa düşürük”. (sonxeberinfo)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri