Okt
2014
11:18
16
142
7778
Virtual karabakh

Rəqsanənin qızı türkiyəli müğənniyə görə İstanbula gedir - VİDEO

1 Okt, 2014
11:18
7778

Rəqsanənin qızı türkiyəli müğənniyə görə İstanbula gedir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ona olan sevgimi hamı bilir”.

Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun Türkiyəyə gedəcək. 

Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, Aysun türkiyəli müğənni Ozan Koçerin ad günündə iştirak edəcək:

“Ozana olan sevgimi hamı bilir. Bir-birimizi tanısaq da, həyatda görüşməmişik. Bu ay anamla birlikdə İstanbula gedəcəm. Ayın 6-da Ozanın ad günüdür. Onun yanında olacam. Ozan üçün ad günü hədiyyəsi hazırlamışam. Hədiyyənin nə olduğunu əvvəlcədən deyə bilmərəm. Çünki saytınızı izləyir, sürprizim pozulsun istəmirəm”.

Aysun Ozanın onun üçün göndərdiyi videonu da sosial şəbəkədə paylaşıb. Türkiyəli ifaçı videoda Azərbaycana olan sevgisini etiraf edib, salamlar göndərib.

Qeyd edək ki, Aysun Ozanın adını əlinə döymə etdirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri