14 
Okt
2014
12:54
22
25
5198
Virtual karabakh

Rəqsanənin qızı canlı efirdə pul payladı - FOTO

14 Okt, 2014
12:54
5198

Rəqsanənin qızı canlı efirdə pul payladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamıdan yüksək olacaqsan”.

Müğənni Rəqsanə İsmayılovanın ATV-də yayımlanan “Öz aramızda” verilişinə müraciət edən ana və qızını himayəsinə götürməsi ilə bağlı xəbər vermişdik.

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, ötən gün ifaçının qızı Yağmur canlı efirə gəlib. O, anasının hazırda Moskvada olduğunu, proqrama gələ bilmədiyini deyərək söz verilən məbləği ailəyə təqdim edib. Aparıcı Zaur Baxşəliyev R.İsmayılovanın hər ay ailəyə pul göndərəcəyini, onların bütün problemlərini həll edəcəyini bildirib.

Zaurun suallarını cavablandıran Yağmur müğənniliyi xoşlamadığını da deyib:

“Böyüyəndə müğənni olmayacam, xoşlamıram. Mən müəllim olacam”.

Qeyd edək ki, R.İsmayılova ötən buraxılışların birində verilişə zəng edərək bunları demişdi:

“Mən qadına da, qızına da baxacam. İki övladım var. O körpə də mənim bir qızım, anası bacım olacaq. Hər ay nə qədər ehtiyacları var ödəyəcəm, maaş verəcəm. Danışa bilmirəm, pis oluram. Mələk qızım, bu gündən Aysunun, Yağmurun bacısısan. Mən isə ikinci ananam. Bu gündən göz yaşlarını görməyim. Məktəbə gedəcəksən, ali təhsil alacaqsan. Hamıdan yüksək olacaqsan”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri