18 
Okt
2014
12:36
53
157
5930
Virtual karabakh

Rəqsanə: Ən bahalı saatım 70 mindir

18 Okt, 2014
12:36
5930

Rəqsanə: Ən bahalı saatım 70 mindir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyəli müğənni verilişimdə qonaq olacaq”.

Müğənni Rəqsanə İsmayılova “Şirin çay” verilişinin qonağı olub.

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, sənətçi ən bahalı əşyalarından bəhs edib.

O, aparıcının “Deyirlər, bankdan yüz min manat götürmüsüz, 50 min də həyat yoldaşınız verib, üstünə qoyub “Range Rover” almısız” sözlərinə belə cavab verib:
 
“Mənim maşınlarım kredit deyil. Kreditlə maşın sürmək eyib sayılmır. Hazırda iki “Range Rover”im var, amma nağd almışam. İdman stilində avtomobilləri sevmirəm, “Vogue”dir. O qədər gözəl xeyirxah işlərlə məşğulam ki... Hazırda bir layihə üzərində işləyirəm. Burada əsgərlərimiz, dəb, cəzaçəkmə müəssisəsindəki insanlar haqqında danışacağıq. Yeni mahnılarım, kliplərim var. Başım onlara qarışıb. Haqqımda bu cür şayiələr yayanlara fikir vermirəm. Qalmaqalla işim yoxdur”.

R.İsmayılova saat kolleksiyasından da danışıb:

“Saatları çox sevirəm. Ən bahalı saatımın 70 min qiyməti var”.

Sənətçi yeni verilişindən də danışıb: ““Göz önündə” verilişi ATV telekanalında yayımlanacaq. Bu günlərdə Türkiyəyə getmişdim, müqavilə bağladıq. Hər ay bir türkiyəli müğənni verilişimdə qonaq olacaq. İlk qonağım isə Yıldız Tilbedir” deyə, bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri