20 
Okt
2014
16:54
37
126
10128
Virtual karabakh

Aygün Kazımova üzüyü qaytardı: Toy olmayacaq - FOTO

20 Okt, 2014
16:54
10128

Aygün Kazımova üzüyü qaytardı: Toy olmayacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Anladım ki, sevgi mənlik deyil”.

Xalq artisti Aygün Kazımova nişanlısından ayrılıb.

Oxu.Az axşam.az-a istinadla məlumat verir ki, bu haqda 106.3 FM-in günorta efirində dicey Kazım Sübhan deyib.

İfaçının yeni “Sənə xəstəyəm” adlı mahnısını təqdim edən aparıcı bunları bildirib:
“Aygün Kazımovanı efirə qoşmaq, mahnısını eksklüziv özünün təqdim etməsini istədim. Amma əhvalının yaxşı olmadığını dedi. Onun adından dinləyicilərə bu sözləri çatdırmağımı xahiş etdi:

“Sevgilimdən ayrılmışam. Anladım ki, sevgi mənlik deyil, alınmır. Yenə də özümü ələ alıb, ayağa qalxacam, çox belə çətinliyin öhdəsindən gəlmişəm”.

Qeyd edək ki, A.Kazımova bir müddət əvvəl Fikrət adlı şəxslə sevgi yaşadığını bildirmişdi. Cütlük hətta bir neçə gün əvvəl nişanlanmışdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri