22 
Okt
2014
12:01
86
128
34350
Virtual karabakh

Xoşqədəm Doğuşla evləndi, yoxsa..? – FOTO

22 Okt, 2014
12:01
34350

Xoşqədəm Doğuşla evləndi, yoxsa..? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcının yaxınları danışdılar.

Teleaparıcı Xoşqədəm Hidayətqızının türkiyəli müğənni Doğuşla ailə qurması haqda yayılan məlumatlar mediada və sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib.

Şəbəkə istifadəçiləri cütlüyün ailə qurmasına inanmadıqlarını və fotoların Hidayətqızının yeni layihəsi üçün çəkildiyini bildiriblər. Onlar bunu da məşhur aparıcının növbəti piar kampaniyasının bir hissəsi olduğunu deyirlər.

Oxu.Az xəbər verir ki, Qafqazinfo saytının əməkdaşı dəfələrlə teleaparıcı ilə əlaqə saxlamağa çalışsa da, ona zəng çatmayıb.

Teleaparıcının yaxınlarının verdiyi məlumata görə isə o, həqiqətən türkiyəli sənətçi ilə ailə qurub.

Yeri gəlmişkən qeyd edək ki, Xoşqədəm Hidayətqızı sosial şəbəkədə Doğuşla yeni fotosunu paylaşıb, lakin heç bir açıqlama verməyib.

Xatırladaq ki, dünən axşam ilk olaraq türkiyəli müğənni Doğuş Xoşqədəm Hidayətqızı ilə fotosunu paylaşmışdı. Daha sonra teleaparıcı öz İnstagram səhifəsində Doğuşla fotosunu paylaşaraq sevgi mesajları vermişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri