22 
Okt
2014
16:41
18
108
17720
Virtual karabakh

Ölüm xəbəri yayılan azərbaycanlı aktyor “bomj” həyatı yaşayır - VİDEO

22 Okt, 2014
16:41
17720

Ölüm xəbəri yayılan azərbaycanlı aktyor “bomj” həyatı yaşayır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Skamyada yatıram, evim yoxdur”.

Aktyor Fikrət Məmmədovun son vaxtlar durumu ürəkaçan deyil. Vaxtilə öldüyü xəbəri belə yayılan tanınmış, sən demə sağ imiş.

Oxu.Az ANSPRESS.COM-a istinadla xəbər verir ki, “Adam içində” verilişində aktyor özü ilə bağlı ürək ağrıdan faktları açıqlayıb.

“Vallah mən özüm də şoka düşdüm, eşitdim şoka düşdüm”, deyə Fikrət Məmmədov deyib.

Öldüyü xəbərini eşidəndə tanınmış aktyor özü də təəccüblənib. “Adam içində” verilişinin əməkdaşlarının apardığı araşdırma nəticəsində onu tapmaq mümkün olub. Özü də səfil həyatı keçirən tərzdə. Deməli, Fikrət vaxtı ilə yaşadığı binanın həyətindəki skamyada gecələyir. İndi onu yeganə oğlu da qəbul etmir.

“İndi skamyada yatıram. Evim yoxdur. Qonşular yemək verir. Qəzaya düşmüşəm. Çənəmi sındırmışam. Hər şey cəhənnəm, dişlərimi itirmişəm. İndi səhnəyə çıxmağa utanıram”.

Fikrət düşdüyü ağır qəzadan sonra xarici görünüşündə, xüsusi ilə danışığında yaranmış qüsur səbəbindən efirə çıxmaqdan utandığını bildirdi. Amma vaxtı ilə çəkildiyi filmləri və rolları çox gözəl xatırlayır.

Aktyor Fikrət Məmmədovun sözlərinə görə, o, “Şir Evdən Getdi”, “Pəncərə”, “Park”, “Hökm” və “Fəryad” filmlərində çəkilib.

İndi Fikrət Məmmədovun yeganə istəyi bir iş tapmaqdır. O iş ki, bu yaşdan sonra onu heç kimə möhtac qoymayacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri