22 
Okt
2014
23:20
34
73
3194
Virtual karabakh

Günelin atası əməliyyat olundu - FOTO

22 Okt, 2014
23:20
3194

Günelin atası əməliyyat olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sevənlərim, dualarınız üçün Allah razı olsun”.

Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın atası, musiqiçi Rəhman Zeynalovun xəstəxanaya aparılması ilə bağlı xəbər vermişdik. 

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, R.Zeynalov ürəyindən əməliyyat olunub. Bu haqda İnstaqramda yazan Günel atasının ürəyinə stend qoyulduğunu bildirib:

“Çox şükür, atam əməliyyatdan çıxdı. Sevənlərim, dualarınız üçün Allah razı olsun. Ailəmizin dəyərini bilək. Atamın ürəyinə stend taxılıb. İnşallah, daha yaxşı olacaq”.

Qeyd edək ki, ifaçının qardaşı Tunar Rəhmanoğlu əməkdaşımızla söhbətində atasının gecəyarısı qəfildən halının pisləşdiyini və onu xəstəxanaya apardıqlarını deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri