24 
Okt
2014
13:03
16
29
5239
Virtual karabakh

Hülya Avşar peşman oldu: Kaş ki botoks etdirməzdim - FOTO

24 Okt, 2014
13:03
5239

Hülya Avşar peşman oldu: Kaş ki botoks etdirməzdim - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni üsyan etdi.

Alnına və göz ətrafına ötən həftə botoks etdirən Hülya Avşar peşman olub.

Oxu.Az xəbər verir ki, "Yetenek Sizsiniz Türkiye"də münsif  kürsüsünü "Tv8"də aparıcılıq edəcəyi "Hülya Avşar Şou" üçün Özgü Namala təhvil verən ulduz idmana və pəhrizə başlamışdı. Nəticədə 12 kq çəki atan Avşar "Türkiyə gözəli olduğum dövrdə bu qədər gözəl deyildim" sözləri ilə yeni görkəmindən məmnun olduğunu bildirmişdi.

Yeni verilişi üçün məşhur plastik cərrahlardan birinə müarciət edən Avşar alnına və göz ətrafına botoks etdirərək, qaşlarını da qaldırıb. Ancaq botoks etdikdən sonra peşman olub. Yanaqlarına və çənəsinə də botoks etdirərək üz forması dəyişən sənətçi, yeni görünüşünü efirdə və şəkillərdə gördükdən sonra "Botoks etdirməyimə  peşman oldum, kaş ki etdirməzdim" deyib.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri