25 
Okt
2014
15:19
90
176
17464
Virtual karabakh

Doğuşla Xoşqədəmin nikahından - VİDEOREPORTAJ

25 Okt, 2014
15:19
17464

Doğuşla Xoşqədəmin nikahından - VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk müğənni bal ayına ilin əvvəlində gedəcəklərini bildirib.

Məşhur türk telekanalı “Kanal D”nin maqazin proqramı olan “Maqazin D”də azərbaycanlı tanınmış teleparıcı, “Səni axtarıram” verlişinin müəllifi Xoşqədəm Hidayətqızı ilə türk müğənnisi Doğuşun nikah mərasimindən reportaj yayımlanıb. 

Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, reportajda türk jurnalistlər maraqlı anları görüntüləyib. Maqazin proqramının aparıcısı “Xoşqədəm Baxşəliyevanın nikah cüzdanını kapdı” ifadəsini işlədib. Mərasimdən sonra azərbaycanlı teleaparıcı nikah cüzdanını əlinə götürərək nümayiş etdirib.

Reportajın növbəti hissəsində hava limanında Doğuşun, anasının və X.Hidayətqızının Azərbaycana yola düşməsi görüntülənib. Müğənninin anası bu evlilikdən məmnun olduğunu, Azərbaycana gedib gəlinin ailə üzvləri ilə tanış olacaqlarını deyib. Doğuş bal ayına ilin əvvəlində gedəcəklərini deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri