Noy
2014
11:10
27
51
9629
Virtual karabakh

Müğənni Musa Musayevin burnunu qırdılar

2 Noy, 2014
11:10
9629

Müğənni Musa Musayevin burnunu qırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç bilinmir ki, qadındır, yoxsa kişi”.

Tanınmış müğənni Arzu Mələyin paytaxt restoranlarının birində ad günü mərasimi keçirilib.

Oxu.Az  publika.az-a istinadən bildirir ki, mərasim sonda xoşagəlməz hadisə ilə başa çatıb.

Belə ki, tanınmış müğənni Musa Musayevlə Nazəninin prodüseri Pərvizin sözü çəp gəlib. Nəticədə tərəflər yumruq davasına çıxıblar. 
Bir-birini al-qana qərq edən müğənni və prodüseri zorla sakitləşdiriblər.

Davaya isə Nazəninin prodüserinin Musa Musayevi söyməsi səbəb olub.

Müğənni Təranə Qumral bir müddət sonra həyat yoldaşı Musa Musayevin Nazəninin prodüseri Pərvizlə əlbəyaxa davasından danışıb. Sənətçi publika.az-a açıqlamasında baş verənləri belə izah edib:

“Neçə vaxtdır bizimlə ədavət aparırlar. Bilmirəm, bölə bilmədikləri nələri var. Yalları artıq düşüb, yoxsa pulları? Nazəninin bir prodüseri var. Heç bilinmir ki, qadındır, yoxsa kişi. Özünü bilmirəm, nə yerə qoyub? Kimin çantasını daşıyırsan, get, daşı da. Bizimlə nə işin var? Öz İnstagram profilində nalayiq sözlər yazıb şəklimizn altına. Ağrımayan başımıza dəsmal bağlayırlar. Məclisdə oturmuşduq,  Nazəninin podüseri Pərviz söyüş elədi, Musa da onu vurdu. Sonra ara qarışdı, o, bunu,  bu da onu vurdu. Mən də Musanı götürüb gəldim evə”.
 
Təranə Qumral bildirib ki, davada Musa Musayev burnundan xəsarət alıb:

“İstəsəm, bu dəqiqə təcili yardım çağıraram. Amma pislik etmək istəmirəm. İmkan vermirlər ki, rahat oturaq. Allah bunlara bildiyi kimi çəkdirsin. Nə istəyirlər bizdən? Musanın burnu partlayıb. Pərvizin xəsarətlərindən xəbərim yoxdur. Ümumiyyətlə, davaya qarışmadım, heç yaxın da durmadım. Hamı da gördü. Oturduğum yerdən tərpənmədim”.

Aldığımız məlumata görə, tərəflər arasında əvvəllər  də ədavət olub. "İnstagram" səhifəsində Nazəninin prodüseri Musa Musayevi təhqir edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri