27 
Noy
2014
15:42
40
124
7563
Virtual karabakh

Rəqqasə Oksana qəzaya düşdü

27 Noy, 2014
15:42
7563

Rəqqasə Oksana qəzaya düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avtomobilim xeyli əzilib”.

Yaxın günlərdə yenidən Hindistan səfərinə hazırlaşan Oksana bu gün təxminən saat 13 radələrində “Yeni Müsavat”ın əməkdaşları ilə görüşə gələrkən avtomobil qəzası keçirib.

Oxu.Az xəbər verir ki, bu haqda rəqqasə özü musavat.com-a məlumat verib. Əvvəl rəqqasə “çatıram” mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib:

“Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm”.

Daha sonra Oksana xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin:

“Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsalar, çox narahat olacaqlar”.

Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan “Maharakshak Aryan” serialında rol alıb. Serial “India`s Best Cine Stars Ki Khoj” layihəsi gedərkən lentə alınıb. Rəqqasə bunun çoxdankı arzusu olduğunu da bildirib:

“Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri